Türkiyədə qar həyatı iflic etdi - Fotolar

18 Yanvar 2016 13:22 (UTC+04:00)

İstanbulda yaşayan soydaşımızın AzNews.az-a verdiyi məlumata görə, neçə gündür yağan qar hazırda daha da kəskinləşib. Məktəblər bağlanıb, insanların küçəyə çıxmaması üçün xəbərdarlıq edilib. Bundan əlavə bələdiyyələr küçədə yaşayanlar üçün sığınacaqlar açıb.

Soydaşımız onu da əlavə edib ki, küçə heyvanları üçün də sığınacaqlar düzəldilib.






Bahar RÜSTƏMLİ