Latviya prezidenti xəstəxanaya yerləşdirildi

18 Yanvar 2016 13:46 (UTC+04:00)

Bu haqda Latviya KİV-i məlumat yayıb.

Məlumata görə, Prezident Administrasiyası Raymond Veyonisin xəstəxanaya yerləşdirilməsi faktını təsdiqləyib: "Prezident bu həftə nəzərdə tutulan ictimai tədbirlərə qatılmağı planlaşdırmır".

Qeyd edək ki, yanvarın 18-də R.Veyonisin Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşü nəzərdə tutulmuşdu.

Report.az