28 banka 193 milyon 896 min dollar satıldı

18 Yanvar 2016 14:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 193 milyon 896 min ABŞ dolları məbləğində vəsait 28 banka satılıb.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsinədn Trend-ə verilən məlumata görə, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.