Qubadakı qətllə bağlı rəsmi - Məlumat

18 Yanvar 2016 14:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə DİN-in rəsmi saytında məlumat yerləşdirilib

Məlumatda bildirilir ki, yanvarın 15-də Quba şəhərində yerləşən "Retro" istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin məlumata əsasən, yanvarın 13-nə keçən gecə K.Zalova idarə etdiyi "İnfiniti" markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən E.Əhmədov hadisə yerində olmayıb.

Sumqayıt RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun K.Zalovanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.