Cem Yılmaz həbs edilə bilər – 2 illik

18 Yanvar 2016 15:23 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumata görə, Cem Yılmaza 2 il həbs istənilməsinə səbəb müəllim Xəlil Sərxan Özün ölümündən sonra Yalova valisi Səlim Cebiroğlu barəsində təhqiredici ifadələr səsləndirməsi olub. Bundan sonra vali Cem Yılmazı məhkəməyə verib və 2 il həbsini tələb edib.

Qeyd edək ki, vali Cebiroğlu ötən il sentyabr ayında məktəblərdən birinə ziyarəti zamanı müəllim Xəlil Sərxanla rastlaşmışdı. O, müəllimin geyimini bəyənməyərək sinifdən qovmuşdu.

AzNews.az