Türkiyədəki məktəbi İŞİD partladıb - Cavab atəşi atılıb

18 Yanvar 2016 15:55 (UTC+04:00)


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin hərbi mənbələri məktəbə top mərmisini Suriyadakı İŞİD mövqelərinin atdığını açıqlayıb. Artıq Türkiyə ordusu qarşı tərəfə cavab olaraq zərbələr endirib.

Qeyd edək ki, hadisə yerli vaxtla saat 09.30-da baş verib. Suriya istiqamətindən atılan mərminin partlaması nəticəsində məktəbdə 1 nəfər ölüb, 1 məktəbli qız isə yaralanıb.

Sevinc