Daha 2 erməni “donuz qripi”ndən öldü
18 Yanvar 2016 16:34 (UTC+04:00)
AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ölən şəxslər yanvarın 9-da ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar. Onlar ağciyərin süni ventilyasiyası aparatına qoşulublar.
Son məlumatlara görə, daha 7 nəfər ağır vəziyyətdə süni ventilyasiya aparatına aparatına qoşularaq müalicə alır.
Qeyd edək ki, Ermənistanda H1N1 virusundan ölənlərin sayı 16 nəfərə çatıb.
Aydan AXUNDOVA