Bakıda şadlıq sarayı yandı

3 Noyabr 2012 19:32 (UTC+04:00)
Bakının Binəqədi rayonunda yerləşən "Clear" şadlıq sarayında yanğın baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şadlıq sarayının reklam lövhəsi və dam örtüyünün bir hissəsi yanıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən restorandan 30-a yaxın insan təxliyyə edilib.

Restoran yanğından mühafizə olunub.


AzNews.az