Yəməndə polis mərkəzi bombalandı - 26 ölü, 15 yaralı

18 Yanvar 2016 19:36 (UTC+04:00)

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "Associated Press" agentliyində yer alıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının rəhbərliyində qurulan və ötən ilin mart ayından Yəmənə hava hücumları təşkil edən koalisiyanın raketləri bu səfər ölkənin paytaxtı Sanada polis mərkəzini hədəfə alıb.

Verilən məlumatlara əsasən, hadisə zamanı 26 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

O da bildirilir ki, həyatını itirənlər polislər və husilər olub.