Daha 5 nəfər donuz qripinin qurbanı oldu

18 Yanvar 2016 21:31 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Zarina Aqamadova bildirib.

"Respublikada pnevmoniya xəstəliyindən ölən 5 nəfərdə donuz qripi aşkar edilib. Onlardan biri uşaqdır. Ölənlərdən 4-ü Mahaçqala, 1 isə İzberbaş şəhər sakinidir", deyə Z. Aqamadova qeyd edib.

Onun sözlərinə görə, dekabrın 1-dən Dağıstanda 68 nəfərdə donuz qripinə yoluxma halları qeydə alınıb.