Azərbaycanda neft hasilatı azalacaq - OPEK

18 Yanvar 2016 21:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, OPEK-in qiymətləndirməsinə görə, Azərbaycanda neft hasilatının həcmi ötən ilin son üç rübündə sutkalıq orta hesabla 0,85 milyon barrel təşkil edib. Birinci rübdə isə həmin rəqəm 0,89 milyon barrelə bərabər olub.

2016-cı ildə OPEK Azərbaycanda neft hasilatının sutkalıq 40 min barrel azalacağını və 0,82 milyon barrelə düşəcəyini proqnozlaşdırır.