Bakıda dəhşətli qətl - Qardaş qardaşı ürəyindən bıçaqladı

18 Yanvar 2016 23:22 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib.

Xəlilov Məlik Ağarəhim oğlu qardaşı tərəfindən qətlə yetirilib. O, ürəyindən bıçaq xəsarəti alıb və xəstəxanaya çatdırılıb. Lakin Məlik Xəlilovun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən qardaş saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.