İngilislər Trampa qarşı – Ölkəyə girişi qadağan oluna bilər

19 Yanvar 2016 10:36 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ingilislər ABŞ prezidentliyinə namizəd, milyarder Donald Trampın ölkəyə girişinin qadağan olunması üçün online petisiya başladıblar. Petisiyanı artıq 570 mindən çox britaniyalı imzalayıb.

Buna səbəb Trampın Londonda polislərin girməyə qorxduğu rayonların olması barədə verdiyi açıqlama olub.

Trampın açıqlamasından yaranan etiraz dalğası o qədər güclü olub ki, britaniyalı parlamentarilər dünən axşam Trampın ölkəyə girişinə qadağa qoyulub-qoyulmaması ilə bağlı məsələni müzakirə etmək üçün xüsusi debat keçirməyə məcbur olub.

Aydan AXUNDOVA