Milli Məclisdə valyuta bazarının tənzimlənməsi ilə bağlı – Birgə iclas

19 Yanvar 2016 10:48 (UTC+04:00)

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmilər iclasda iştirak edirlər.

İclasın gündəliyinə 7 məsələ daxildir. Parlament komitələrinin birgə toplantısında "Əmanətlərin sığortalanmsı haqqında", "Əmanətlərin tam sığortalanması haqqında" qanunlara, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsini, "Valyuta tənzimi haqqında" qanun layihəsini və digər məsələlər müzakirə edilir.

Report.az