Dünyanın ən soyuq kəndi: dovşanlar çörək kimi satılır - Fotoreportaj

19 Yanvar 2016 11:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dünyanın ən soyuq yaşayış yeri Rusiya torpaqlarında, Şimal Qütb Dairəsinin 350 kilometr cənubundakı Oymyakon kəndidir.





1926-ci ildə kənddə havanın temperaturu mənfi 71.2 dərəcə olub. Bu, şimal yarımmkürədə ölçülən ən aşağı temperaturdur.





Kənddə bitki mənşəli qida məhsulları yetişmədiyi üçün marketlər və dəzgahlarda balıq və ət məhsulları satılır. Balıq, dovşan, dələ, toyuqlar satışda çörək kimi rəflərə düzülür. Çox vaxt onları kiloqramla yox, ədədlə satırlar.



Bölgədə avtomobillər yalnız qarajlarda işə salınır.





Bu kənddə uşaqlar soyuğa öyrəşib. Məktəblər havanın hərarəti mənfi 52 dərəcə olanda bağlanır.





Oymyakon sakinlərinin buz bağlamış göldə balıq tutmaq ən sevimli işləridir.




Hazırda isə kənddə qış aylarında ortalama temperatur - 50 C ətrafındadır.







Sevinc YASİNQIZI