Sabah yağış yağacaq

19 Yanvar 2016 12:41 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, yanvarın 19-da gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-10,, Bakıda gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 isti, gündüz 8-13 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.