Elman Rüstəmov: “Azərbaycanda 7 bank birləşə bilər“

19 Yanvar 2016 12:49 (UTC+04:00)

Bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası bu məsələ üzrə ciddi iş aparır: "Bu həssas məsələdir, çünki bu banklarda əhalinin əmanətləri yerləşib. Hazırda həll etməli olduğumuz əsas məsələ əmanətlərin sığortalanmasıdır. Bu məsələdə heç bir diskomfort yoxdur, çünki banklar birləşəndə iri olurlar".

Trend.az