Lalənin əri: “Sevməyibsə, niyə 2 uşaq dünyaya gətirib?“

19 Yanvar 2016 13:12 (UTC+04:00)

Lalə Məmmədovanın həyat yoldaşı İlham bəy açıqlama verib. İlham bəy nə üçün boşandığını açıqlayıb: "Dünənki verilişdən xəbərim yoxdu, baxmamışam. Dostlarım deyib. Boşanma ərizəsini mən birinci məhkəməyə təqdim etmişəm. Çünki Lalə dəfələrlə məni təhqir edib ki, sən qocasan, sən qocasan... Anama da ağır söz deyəndən sonra mən qərar verdim ki, ayrılaq. 85 yaşlı anamla nəyi bölüşdürə bilmədi?! Mən onu sevmişəm, dəstək olmuşam, uşaqlarımı da dəlicəsinə sevirəm. Mən də istəməzdim boşanım. Onun anası mənə şərt qoydu ki, istəyirsən Lalə səninlə olsun evi, bağı keçirt onun adına... Lalə də onu təkrarladı. Mən bunlara dözə bilmədim. Bətnində iki aylıq uşaq var idi, getdim məhkəməyə... Bəlkə də düz etməmişəm. Amma məcbur olmuşam. Mən ağıllı insanam, düzdür ondan da 16 yaş böyüyəm. Amma mən ondan heç vaxt yaşımı gizlətməmişəm. Deyir ki, o məni sevməyib. Sevməyibsə, niyə iki uşaq dünyaya gətirib? Qadın da sevmədiyi kişidən uşaq dünyaya gətirər?! Niyə məni sevməmisən amma 10 ilimi almısan?! O qadın idi, gərək arada hörmət saxlayardı".

"Lalə xanım ikinci dəfə ailə həyatı qursa nə deyərsiniz?" sualına İlham bəy belə cavab verdi:

"Biz rəsmi boşanmışıq. Mən hüquqi cəhətdən heç kiməm. Ona nə xoşbəxtlik arzu edirəm, nə də ki, bədbəxtçilik... Sadəcə boşluq... Öz uşaqlarıma yazığım gəlir. O evlənsə, övladlarım başqasına "ata" deyəcək. Övladlarımla görüşmürəm. Amma onları çox istəyirəm".

"Boşanma səbəbi kimi xəyanət göstərilmişdi. Lalə xanıma xəyanət etmisinizmi" sualına cavab olaraq İlham bəy etiraf etdi:

"Mənə dəfələrcə "sən qocasan" deyildiyi üçün təngə gəldim, bəli etiraf edirəm xəyanət etmişəm. Və bunu da boynuma almışam. Amma yenə deyirəm, mən Laləni sevmişəm. Mən elə insanam ki, sevgisiz ailə həyatı qurmazdım. Gör məni nə həddə çatdırdılar ki, doğum evinə getmədim".

Bu ittihamlara cavab olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Big.az