Qaz sızmasından partlayış oldu - 1 uşaq öldü

19 Yanvar 2016 13:45 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dünən saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Y.Cabbarlının azyaşlı qızı Xədicə isə tüstüdən boğularaq ölüb.

Araşdırma aparılır.