Lənkaranskinin “taclandırdığı” “qanuni oğru” həbs edildi – 10 il cəza gözləyir

19 Yanvar 2016 14:54 (UTC+04:00)

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, şəxsi axtarış zamanı onun üzərində 4,5 qr "amfetamin" aşkarlanıb. Böyük miqdarda narkotik vasitə gəzdirdiyinə görə, "qanuni oğru"nu 10 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, bundan öncə həbs olunmayan Zura 2014-cü ilin yazında "taclandırılıb". Onun "taclanma" mərasimi Türkiyədə baş tutub. Mərasimdə Türkiyədə uzun müddət məskunlaşan Rövşən Lənkaranski, Merab Baxiya, Teymuraz Çuradze və başqaları iştirak edib. Daimi yaşayış yeri üzrə Zuranı Piter "qanuni oğru"larının korifeylərindən olan Saçino Qeqerkori müsbət xarakterizə edib.

Aydan AXUNDOVA