“Günəşli” yatağında daha bir quyu istismara verildi

19 Yanvar 2016 16:04 (UTC+04:00)

AzNews.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul verib.

O, 2 960-2 924 metr intervaldan sutkalıq 70 ton neft və 25 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.