20 Yanvar şəhidlərinin xatirəsi AMİU-da anıldı - Fotolar

19 Yanvar 2016 17:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tədbiri Universitetin rektoru Gülçöhrə Məmmədova giriş sözü ilə açaraq 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyində, bütün azərbaycanlıların şanlı tarixində necə əhəmiyyətli rol oynadıqlarından bəhs edib.

Daha sonra isə Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin müəllim İsmayılov törədilən vəhşi cinayətin dünya arenasında tanıtımından bəhs edib.
Bunun ardınca Universitetin tələbələri Fidan Məmmədova və Ülvi Verdiyev bu qanlı cinayətə Azərbaycan gəncliyinin münasibətini, bu istiqamətdə gənclər sektorunda aparılan mütamadi təbliğat – təşviqat işlərini qeyd edərək gəncləri Vətən uğrunda həmrəyliyə səsləyib.

Yekunda tədbir iştirakçıları şəhidlərin abidəsi önünə qərənfil qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər.