Azərbaycanda evlər ucuzlaşdı

19 Yanvar 2016 19:18 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı statistik bülletenində yer alıb.

Məlumata əsasən, ümumilikdə ötən ilin son rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 2,4% ucuzlaşıb.