Bakıda azad iqtisadi zona yaradılacaq

19 Yanvar 2016 20:02 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə bu təklifin həyata keçirilməsi iqtisadi canlanma yarada və qeyri-neft sektoruna təkan verə bilər. Həmçinin bu zona regionda yükaşırma, paketləmə, saxlama işlərini həyata keçirmək üçün mühüm rol oynayacaq.

Baş direktor bildirib ki, layihənin ilkin planı hazırlanaraq dövlət başçısına göndərilib və müsbət rəy alınarsa layihənin həyata keçirilməsinə başlanılacaq.