Nardaran ağsaqqalı Hacı Natiq azadlığa buraxıldı

19 Yanvar 2016 20:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun vəkili Əyyub Ələkbərov məlumat verib. Onun sözlərinə görə, vəkilin Hacı Natiqin ev dustaqlığına buraxılması ilə bağlı verdiyi vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb. Hakimin qərarı ilə Ağsaqqallar Şurasının sədri şərti azadlığa buraxılıb.

Xatırladaq ki, onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilmişdi.

N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur.