“Donuz qripi“ndən vəfat edən azərbaycalı generalın - Fotosu + Təfərrüat

19 Yanvar 2016 21:51 (UTC+04:00)

Əldə etdiyimiz məlumata görə, Namiq Soltanov adlı həmyerlimizin oğlu idmançıdır və Gürcüstanda keçirilən yarışa qatılıb. O, bu ölkədə "donuz qripi"nə yoluxub.

Bundan xəbər tutan Namiq Soltanov Gürcüstana yollanaraq oğlunu Ukraynaya aparıb və müalicə etdirib. Oğlu sağalsa da, bu dəfə general-mayor özü "donuz qripi"nə yoluxub. Təəssüf ki, həkimlər onun həyatını xilas edə bilməyib və ötən gün vəfat edib.

Əldə etdiyimiz məlumatda həmçinin bildirilir ki, Namiq Soltanov Salyan rayonunda dünyaya gəlib. Onun xəstəliyə yoluxduğunu eşidən Azərbaycandakı qohumları Ukraynaya yollanıb. Lakin yaxınlarına xəstə ilə görüş icazəsi verilməyib. Mərhum generalın harda dəfn olunacağını dəqiqləşdirə bilmədik.




Qaynar.info