İki avtomobil toqquşdu - Yük maşını dərəyə yuvarlandı
19 Yanvar 2016 23:17 (UTC+04:00)
AzNews.az Report-a istinadən xəbər verir ki, "Shacman" markalı yük maşını ilə "VAZ-21011" markalı avtomaşın toqquşub.
Şahidlərin sözlərinə görə, hadisəni törətdikdən sonra yük maşınının sürücüsü digər sürücünün xəsarət alıb-almadığını öyrənmək üçün maşından enib. Lakin, üzüaşağı yolda dayanan yük maşınında əyləc sistemi sıradan çıxdığından nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəzadan hər iki sürücü yüngül xəsarətlərlə qurtarsa da adı açıqlanmayan şirkətə məxsus yük maşını ciddi deformasiyaya uğrayıb.