Rusiyadan İŞİD-ə zərbə

19 Yanvar 2016 23:35 (UTC+04:00)

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, açıqlamada İŞİD-in Deyr əz-Zordakı qərargahlarının yox edildiyi və 60 terrorçunun öldürüldüyü bildirilib.

Mart ayından bəri Deyr əz-Zoru mühasirəyə alan İŞİD şənbə günü şəhərin mərkəzini ələ keçirmək üçün yeni bir hərəkata başlayıb və nəticədə 300 sadə vətəndaşı edam etdirib, 400 nəfəri isə oğurlayıb.

Son 4 gündə Suriyada 157 hava əməliyyatı təşkil etdiyini açıqlayan Rusiya, ümumilikdə 579 terrorçunun öldürüldüyünü bildirib.