Prezident Şəhidlər xiyabanını ziyarət etdi

20 Yanvar 2016 10:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezident şəhidlərin qəbirlərini ziyarət edib, qərənfillər düzüb. İlham Əliyev "Əbədi məşəl" kompleksi önünə əklil qoyub.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.