Banklar birləşsə, nə baş verəcək?

20 Yanvar 2016 12:53 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu Mərkəzi Bankın sədri Elman Rüstəmovun "5-7 bank birləşə bilər" fikirinə münasibətində deyib.

Q.İbadoğlunun sözlərinə görə, hazırda bankların çoxunun maliyyə vəziyyəti pisdir: "Əvvala qeyd edim ki, bankların kapitalını təmərküzləşdirmsəi konsepsiyası məqbuldur, amma bur birləşmə texniki və direktiv xarakter daşıya bilməz. Sağlamlaşdırıla bilməyən banklar isə fəaliyyətlərini dayandırmalıdır".

Ekspert hesab edib ki, əgər belə olmazsa zəif və problemli "parnik banklar"ı güclülərə birləşərsə nəticədə onlar da zəirfləyəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az