Saxta pul satan şəxs saxlanıldı - Bakıda

20 Yanvar 2016 14:55 (UTC+04:00)


AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Biləcəri qəsəbə sakini Şahbaz Qurbanov Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ona 23000 rubl saxta əskinas satdığını bildirib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İsmayıl Qasımov saxlanılıb, ondan 5000 rubl saxta əskinas götürülüb.