Ərdoğan Kılıçdaroğlundan təzminat tələb etdi - 100 min

20 Yanvar 2016 16:56 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, buna səbəb K.Kılıçdaroğlunun prezident haqqında işlətdiyi ifadələr olub. CHP lideri yanvarın 19-da Türkiyə Böyük Millət Məclisinin qrup toplantısındakı çıxışında və şəxsi "Tvitter" hesabında Türkiyə prezidentinə qarşı bir sıra ittihamlar səsləndirib.

Həmin çıxışlarda Türkiyə prezidentinin şərəf və ləyaqətinin alçaldan ifadələrin olduğu iddia olunub.