10 min türk Rusiyanı tərk etdi

20 Yanvar 2016 17:50 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, iki ölkə arasında münasibətlərin kəskinləşməsi, Rusiyanın türklərə viza rejimi tətbiq etməyə başlaması, bu ölkədə yaşayan türk vətəndaşlarının sayının kəskin şəkildə azalması ilə nəticələnib.

Rusiya Federasiyasının Miqrasiya Komitəsindən verilən məlumata görə, Türkiyə vətəndaşlarının sayı noyabrın sonundan yanvarın 12-nə qədər 9 min 400 nəfər azalıb. Bu vaxta qədər Rusiyada 86 min 800 Türkiyə vətəndaşı yaşayırdı. Vətəndaşların Türkiyəyə axın etməsindən sonra bu say 11% azalaraq, 77 min təşkil edir. Federal Miqrasiya Komitəsindən onu da bildiriblər ki, hal-hazırda Rusiyada 69 min 309 kişi və 8 min 66 qadın türkiyəli yaşayır.

Ötən ilin 24 noyabrında Türkiyə sərhədlərini pozduğu üçün Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus "Su-24" təyyarəsinin vurulmasından sonra iki ölkə arasında vəziyyət kəskin korlanıb. Rusiya Türkiyəyə qarşı çoxsaylı sanksiyalar tətbiq edib. 1 yanvar 2016-cı ildə sanksiyalar haqqında qanun qüvvəyə minib.
Rusiyanın paytaxtı Moskvada türk məhsullarına qarşı qaynar xətt yaradıldığı barədə xəbərlər də yayılıb. Belə ki, mağazalarda türk məhsullarına rast gələn istənilən müştəri xüsusi yaradılan əlaqə telefonuna zəng vurub şikayət edə bilər.