Erməni qızlarının fars sevgisinin – SƏBƏBİ

5 Noyabr 2012 04:24 (UTC+04:00)
Erməni qızlarının əcnəbilərlə ailə qurması faktlarının artmasının əsas səbəbi erməni kişilərinin zəifiyi və pul qazana bilməməsidir. Bunu psixoloq Karine Nalşadyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Psixoloq qeyd edib ki, ermənilər kimi kiçik xalqlara əcnəbilərlə nikah çox təhlükəlidir. Psixoloq erməni qızlarının dini fərqlərə baxmayaraq daha çox farslarla ailə qurduğuna diqqəti çəkib.

Psixoloq bildirib ki, bunun əsas səbəbi Ermənistanda perspektivin olmaması və əcnəbi nikahın çıxış yolu hesab edilməsidir.

Alpər Oğuz

AzNews.az