Neft 27 dollardan da aşağı düşdü

20 Yanvar 2016 22:16 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə hərracların nəticələri deməyə əsas verir.

Qeyd olunur ki, Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı yüngül neftin qiyməti 5%-dən çox düşərək 26,92 dollara çatıb.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin fyuçersləri bir barelə görə 1,18 dollar azalaraq 27,58 dollar təşkil edib.