İlham Əliyev “LUKOIL” şirkətinin prezidenti ilə görüşdü

20 Yanvar 2016 22:58 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, görüşdə qeyd olunub ki, "Lukoil" şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. Şirkət uğurla icra edilən "Şahdəniz" layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Lukoil" arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.

Söhbət zamanı Azərbaycan ilə "Lukoil" şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.