Bakıda kafedə yanğın

20 Yanvar 2016 23:41 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan kafenin mətbəxində qaz balonunun alışması nəticəsində 2 kv.m sahədə mətbəx mebeli yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.