Erməni fermerlərin İrana səfəri həqiqəti əks etdirmir - XİN-dən açıqlama

21 Yanvar 2016 09:41 (UTC+04:00)

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a bildirib ki, Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə bu məlumat araşdırılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən Xarici İşlər Nazirliyinə ünvanlanmış cavab notasında qondarma rejimin fermer və əkinçilərindən ibarət nümayəndə heyətinin İrana səfəri və bu ölkənin rəsmiləri ilə görüşməsi barədə xəbərin həqiqəti əks etdirmədiyi bildirilib və Ermənistan KİV-də yayılan xəbərlər təkzib olunub.