Çoxmərtəbəli binada yanğın oldu - Bakıda

21 Yanvar 2016 10:21 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3 otaqlı mənzilin dəhlizində 0,5 kv.m sahədə döşəmə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.