Ermənistanın verdikləri itkilərlə bağlı yaydığı xəbər saxtadır - MN

21 Yanvar 2016 12:03 (UTC+04:00)

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bu rəqəmlər erməni tərəfinin il ərzində verdiyi rəsmi xəbərlərlə tamamilə üst-üstə düşmür.

Yalnız erməni mətbuatından götürülən məlumatlara əsasən düşmən tərəfi 2015-ci ildə ölü olaraq 83 nəfər, yaralı olaraq isə 100 nəfərdən artıq itki verib.

Erməni mətbuatının ordularındakı ölüm halları barədə yaydıqları məlumatların statistikası

03.01.2015
Zabit Karen Qriqoryan
Əsgər Vardan Mkrtçyan
05.01.2015
Soyadı göstərilməyən 2 hərbi qulluqçu
05.01.2015
Каren Mirzəyan
17.01.2015
Hərbi qulluqçu Arman Arutyunyan
17.01.2015
Маyor Artur Vardevanyan
20.01.2015
Hərbi qulluqçu Suren Pilosyan
21.01.2015
Hərbi qulluqçu Naapet Asatryan
21.01.2015
Kiçik çavuş Arman Udumyan
23.01.2015
Leytenant Karen Qalustyan
Əsgər Artak Sarkisyan
26.01.2015
Baş leytenant Samvel Zurabyan
Karen Muradyan
Zatik Tutxalyan
29.01.2015
Aykaz Barseqyan
05.02.2015
Hərbi qulluqçu Şekspir Akopyan
11.02.2015
Baş leytenant Tiqran Simonyan
14.02.2015
Kiçik çavuş Arman Osipyan
27.02.2015
Albert Safaryan
28.02.2015
Artak Aqekyan
Ayk Baroyan
03.03.2015
Arsen Karapetyan
06.03.2015
Samvel Mirzəyan
19.03.2015
Akop Xaçaturyan
Eduard Ayrapetyan
Arşak Arutyunyan
Samvel Akopyan
21.03.2015
Çavuş Ayk Marqaryan
29.03.2015
Ovsep Andreasyan
07.04.2015
Baş gizir Ayk Keşioqlyan
Əsgər Levon Mirzəyan
10.04.2015
Əsgər Artur Arakelyan
17.04.2015
Əsgər Artem Tovmasyan
08.05.2015
Əsgər Arutyun Ambaryan
29.05.2015
Xdr Saroyan
05.06.2015
Mayor Sarkis Maykl S.
07.06.2015
Sirak Gevorqyan
11.06.2015
Edqar Melkonyan
26.06.2015
Müqaviləli Arman Epremyan
30.06.2015
Leytenant Marvik Məlikyan
05.07.2015
Sasun Ziroyan
Marat Tadevosyan
22.07.2015
Qalust Verdoyan
05.08.2015
Arsen Unanyan
12.08.2015
Siravi Karen Ovanesyan
16.08.2015
İvan Babayan
19.08.2015
Müqaviləli əsgər Aşot Ovanesyan
03.09.2015
Ayk Devoyan
04.09.2015
Marat Xaçanyan
Arman Stepanyan
04.09.2015
Mayor Qriqor Saakyan
Mayor Sevak Qasparyan
Kapitan Taron Sedrakyan
Gizir Qevorq Vardanyan
06.09.2015
Hərbi qulluqçu Narek Arutyunyan
18.09.2015
Hərbi komisar Derenik Papyan
21.09.2015
Zabit Suren Davtyan
25.09.2015
Hərbi qulluqçular
Norayr Xaçaturyan
Robert Mkrtçyan
Arut Akopyan
Karen Şaqinyan
14.10.2015
Babken Saruxanyan
24.10.2015
Arutyun Akopyan
05.11.2015
Levon Tonoyan
06.11.2015
Xaçik Poqosyan
13.11.2015
Vaqa Vanoyan
Mikael Torosyan
15.11.2015
Vardan Mamikonyan
Aram Aslanyan
28.11.2015
əsgər Qevorq Xaçaturyan
30.11.2015
Bir nəfər həlak olan
04.12.2015
Erik Qriqoryan
09.12.2015
Qarik Avanesyan
11.12.2015
Leytenant Vardan Vardanyan
12.12.2015
Karen Qriqoryan
18.12.2015
Qor Oqanyan
Aqasi Qriqoryan
Ruben Aleksanyan
19.12.2015
Sidar Aloyan
20.12.2015
Kəşfiyyat zabiti Taron Karapetyan
21.12.2015
Əsgər Stepan Qalustyan
25.12.2015
Karen Akulyan

Dağlıq Qarabağdan orduya çağırılanlar, məcburi surətdə silahlandırılıb səngərlərə yerləşdirilən mülki əhali və qaynar nöqtələrdən gətirilən muzdlular arasındakı itkilər də statistik məlumatlar hazırlanarkən nəzərə alınmalıdır.

Erməni ictimaiyyətindən gizlədilən, müxtəlif mənbələrdən, o cümlədən elə düşmənin daxilindən əldə edilən məlumatlardakı rəqəmləri də hesablasaq erməni xalqı üçün dəhşətli bir rəqəm alınır. Hətta təqribi hesablamalara əsasən düşmən tərəfinin 2015-ci ildə verdiyi itki 276 nəfərdən çoxdur.

2016-cı ilə də düşmən tərəfi itkilərlə başlayıb. Ermənilər döyüş itkilərinin gizlədilməsi, hadisə və cinayətlərin ört-basdır edilməsi barədə çox ciddi tapşırıqlar verib və bu istiqamətdə tədbirlər göməyə çalışırlar.

Bu il yanvarın 19-da baş verən, lakin düşmən tərəfindən gizlədilən, əldə etdiyimiz yalnız bir faktı təqdim edirik. Belə ki, həmin gün saat 17.20-də Ermənistan silahlı qüvvələrinin əsgəri, 2014-cü ildə hərbi xidmətə çağırılmış, artilleriya divizionunun hərbi qulluqçusu Avetisyan Edqar Vartaninin silahla ehtiyatsız davranması nəticəsində, sağ qolunun alt nahiyəsindən yaralandığı üçün onun hospitala yerləşdirilməsi və hadisənin ört-basdır edilməsi barədə komandirlərə qəti tapşırıq verilib.