Qanunsuz silah saxlayan şəxs yaxalandı - Bakıda

21 Yanvar 2016 15:01 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Orxan Hümbətovun yaşadığı mənzilinə baxış zamanı "TT" markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.