Bacısının ərini bıçaqlayıb öldürdü - Borca görə

21 Yanvar 2016 15:10 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 20-də Tərtər rayon sakini Ziya Əzizovun yaşadığı Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən yataqxanaya verdiyi pul borcunu almağa gəlmiş bacısının əri Bərdə rayon sakini Vasif İsmayılovla aralarında baş vermiş münaqişə zəmində Z.Əzizov bıçaqla V.İsmayılova xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əzizov tutulub.