Əli Abbasov danışdı: “Şantajdır”

21 Yanvar 2016 15:46 (UTC+04:00)

AzNews.az həmin müsahibəni təqdim edir:

- Əli müəllim, salam necəsiz? Hazırda haradasınız?

- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.

- Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi?

- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam.

- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…

- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.

- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?

- Mən, çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.