“Neft 24 dollardan da aşağı düşsə...” – Vahid Ələkbərovdan bədbin proqnoz
21 Yanvar 2016 16:56 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu fikirləri "LUKoil"ın prezidenti Vahid Ələkbərov "Россия 24" telekanalının efirində çıxışı zamanı səsləndirib. "Düşünürəm ki, bizi gözləyən ən aşağı hədd neftin 1 barelinə görə 24 dollardır. Bütün təhlil göstərir ki, neft bu qiymətdən də aşağı olsa, fəaliyyətdə olanlar da daxil olmaqla bir çox layihələr dayandırılacaq", - deyə o bildirib.
Xatırladaq ki, bir müddət öncə Vahid Ələkbərov böhran dövründə vergi dəyişiklikləri, islahatlar və ya inqilab etməyə dəyməz fikrini bəyan etmişdi.
Aydan Axundova