Azərbaycanlı bələdiyyə başqanı “ilin bələdiyyə sədri” seçildi - Türkiyədə

21 Yanvar 2016 17:06 (UTC+04:00)
Dərgidən AzNews.az-a verilən məlumata görə, seçimlərdə bələdiyyə rəhbərinin il ərzində gördüyü işlər, gerçəkləşdirdiyi layihələr və bunun xalq tərəfindən dəyərləndirilməsi əsas götürülüb. Murtaza Karaçanta 2015-ci ildə bunları uğurla gerçəkləşdirib.

Murtaza Karaçanta artıq Qarsın Türkiyədə ən inkişaf etmiş şəhərlərdən birinə çevrildiyini və fəaliyyətlərin bundan sonra da uğurla davam etdirəcəklərini bildirib:
"Bu mənim komandamın uğurudur. Qürur duyuram ki, sağlam bir heyətlə Qarsımızın inkişafı üçün çalışırıq".

Elnur Eltürk