Müşavir “Kaspi”, “Kaspiy” (rus) qəzetləri və “Azadinform”da oldu - Foto

21 Yanvar 2016 17:48 (UTC+04:00)

Sözügedən KİV rəhbərləri ilə görüşdə əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

H. Qaradəniz bildirib ki, Azərbaycanla Türkiyənin dostluq və qardaşlığının tarixi qədimdir və bu münasibətlərin inkişafında hər iki ölkənin mətbuatı mühüm rol oynayır: "Bu gün də Azərbaycan və Türkiyə bölgənin aparıcı dövlətləridir. Əsas məqsədimiz mövcud olan münasibətləri qoruyub saxlamaqla yanaşı, daha da inkişaf etdirməkdir. Bu işdə Azərbaycan və Türkiyə mətbuatının üzərinə böyük yük düşür. İnanırıq ki, hər iki ölkə mediasında çalışan dostlarımız bundan sonra da ölkələrimizlə bağlı xəbərlərə daha həssas yanaşacaqlar".

"Kaspi", "Kaspii" (rus) qəzetləri və "Azadinform" İnformasiya Agentliyinin rəhbərləri hər zaman Türkiyə ilə bağlı xəbərlərə həssas yanaşdıqlarını, demək olar ki, hər gün təmsil etdikləri media orqanlarında qardaş ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələri ilə bağlı informasiya, təhlil xarakterli materiallar verdiklərini bildiriblər.

Səfirliyin mətbuat xidmətinin əməkdaşı Habil Əliyev "Kaspi", "Kaspii" (rus) qəzetləri və "Azadinform" İnformasiya Agentliyi ilə əməkdaşlıqdan razı qaldıqlarını bildirib.




Azadinform.az