Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının - ilk iclası

21 Yanvar 2016 18:55 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Azərbaycan hökumətinin islahatlar proqramı barədə məlumat verilib və bu sahədə Böyük Britaniya ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə, həmçinin Azərbaycan və Böyük Britaniya arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, eləcə də bu ilin 10-11 fevral tarixində Londonda keçiriləcək Azərbaycan hökuməti və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.