“Ümid edirəm ki, neftin qiyməti gələn il 60-70 dollar olacaq“ - Prezident

21 Yanvar 2016 19:50 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində keçirilən "The new energy equation" panelində çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, neftin qiyməti ilə bağlı vəziyyət dövri xarakter daşıyır: "Mən xatırlayıram ki, biz 1994-cü ildə böyük neft layihələrinə başlayanda neftin qiyməti 12 dollar idi. İnkişaf layihələri hazırlayanda neftin qiymətinin 22 dollar olacağına ümid edirdik. İndi qiymət həmin rəqəmə yaxınlaşır. Ümid edirəm ki, bazar stabilləşəcək. Çünki neft sektoru investisiyaya ehtiyac duyur. Aydındır ki, neftin qiyməti qalxacaq. Proqnoz vermək istəmirəm, amma ümid edirəm ki, gələn il neftin qiyməti 60-70 dollar olacaq. Bu ilin ikinci yarısının isə stabilləşmə dövrü olacağına ümidvaram".