“BakuBus”dan daha bir yenilik

21 Yanvar 2016 21:46 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "BakuBus"MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın musavat.com-a verdiyi xəbərə görə, dayanacaqlarda "BakuBus"ın avtobuslarının hansı nömrələr altında, hansı dayanacaqlardan keçdiyini əks etdirən dəmir şitlər vurulacaq:

"Bununla da dayanacaqlarda gözləyən sərnişinlər "BakuBus"ın xidmət göstərdiyi avtobusların hansı dayanacaqlardan keçdiyi barədə məlumat almış olacaqlar. Bu sərnişinlərə "BakuBus"a məxsus avtobusların hərəkət istiqaməti üzrə məlumat almaq imkanı yaradacaq. Məqsədimiz sərnişinlərə daha keyfiyyətli, yüksək xidmət göstərməkdir".