Türkiyədə polisləri daşıyan avtobus minaya düşdü - 10 yaralı

21 Yanvar 2016 22:31 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, partlayış nəticəsində 9 polis zabiti və 1 şəhər sakini yaralanıb.

Zirehli texnikanın köməyi ilə xəstəxanalara çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hazırda bu bölgədə terrorçulara qarşı əməliyyat davam edir. Rayona əlavə hərbi birləşmə göndərilib.